-
"Kağız" layihəsi süni intellekt (AI) və təbii dil emalı (NLP) texnologiyasından istifadə etməklə hazırlanmış xəbər aqreqatorudur. Bizim missiyamız müxtəlif xəbər mənbələrindən, o cümlədən müstəqil KİV-lərdən, hətta Azərbaycanda bloklanmış informasiya mənbələrindən məlumat toplamaqdan ibarətdir.
-
Biz süni intellekt (AI) texnologiyasından istifadə edərək fərqli xəbərləri vahid bir axın lentində birləşdiririk, bununlada hadisələrin tam və hərtərəfli icmalını təqdim edirik. Yanaşmamızın özəlliyi ondan ibarətdir ki, toplanmış hər bir xəbər onun əldə olunduğu müxtəlif mənbələrin siyahısı ilə müşayiət olunur. Bununlada, şəffaflığ təmin edilir və məlumatın müxtəlif perspektivlərdən qiymətləndirməyə imkan verir
-
Biz dezinformasiya ilə mübarizə aparırıq və sürətlə dəyişən media ekosistemində senzurasız və etibarlı xəbər əldə etməyinizi istəyirik. Bu missiyanın çərçivəsində, məlumat azadlığına olan marağımızı bölüşənlərdən ianə qəbul edirik. İanələriniz aqreqatorumuzun işləməsinə kömək edir və xəbərlərə çıxışın genişləndirilməsinə kömək edir.
-
Aqreqatorumuzda görmək istədiyiniz xəbər mənbələriniz varsa, onları əlavə etməyi məmnuniyyətlə nəzərdən keçirəcəyik.Zəhmət olmasa info@kagiz.info e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın və əməkdaşlıq imkanlarını müzakirə edək.